
Teyyub Muradlının polisə etdiyi şikayətə isə baxan yoxdur
JAM.AZ xəbər verir ki, Lənkəranda Yadigar Sadıqov üçün düşünülmüş təxribatın ardından, Masallıda da Müsavat Partiyasının yerli təşkilatının sədri Xasay Səfəroğlunun da izləndiyi məlum olub. Amma bir xəbər də Biləsuvardan gəlib.
JAM.AZ xəbər verir ki, AXCP Biləsuvar rayon təşkilatının sədri Teyyub Muradlının evi 40 gündür naməlum şəxslər tərəfindən daşa basılır. Muradlı özünün Facebook hesabında yazıb ki, evinin pəncərələri 40 gün müddəti ərzində müxtəlif vaxtlarda daşa basılır. İndiyə qədər 11 ədəd pəncərə şüşəsini belə qırıblar.
Təşkilat sədri bildirib ki, baş verənlərlə bağlı 7 dəfə Polis Şöbəsinə müraciət edib və orada rəsmi qaydada şikayət edib: "Bu müddət ərzində 4 dəfə 102 xidmətinə zəng vurmuşam. Heç bir tədbir görülmür. Sonuncu dəfə Polis Şöbəsində olanda isə bildirdim ki, onların bu işdə bilavasitə maraqları var. Amma mənə bu şəkildə təsir etmək faydasızdır. Vaxt olacaq bu gün pəncərəmə dəyən daşlar, sabaş onların başına dəyəcək".