Xəbər lenti

Cəbhədə xidmət edən əsgərlərlə bağlı yeni təklif
Ölkə07:56 01.03.2019

Cəbhədə xidmət edən əsgərlərlə bağlı yeni təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin tərkibində döyüş tapşırıqlarını yerinə yetirən müddətli hərbi xidmət xidmət qulluqçularına xidmət müddətində ikinci növbəti məzuniyyətin verilməsi təklif edilir.
Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman)  2018-ci ilin illik məruzəsində qeyd edilib.
Sənəddə  göstərilib ki, düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin tərkibində döyüş tapşırıqlarını yerinə yetirən hərbi qulluqçular üçün  xüsusi fərqləndirici (həvəsləndirici) döş nişanlarının təsis olunması, habelə həmin mövqelərdə xidmət edən müddətli hərbi xidmət xidmət qulluqçularına xidmət müddətində ikinci növbəti məzuniyyət müəyyən edilsin.
Ombudsmanın  2018-ci ilin illik məruzəsi Milli Məclisin martın 5-də keçiriləcək iclasında müzakirə ediləcək. (Modern.az)