Xəbər lenti

Cəbhədən xəbər var - MN
Ölkə05:03 22.07.2016

Cəbhədən xəbər var - MN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.

"Qaynarinfo.Az" ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən 

Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun 

Muncuqlu, Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında, həmçinin Göygöl və Goranboy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də 

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qaynarinfo.Az