Xəbər lenti

"Cəbrayıl" 6 qol buraxdı, ilk mərhələdə mübarizəni dayandırdı
İdman14:06 26.06.2022

"Cəbrayıl" 6 qol buraxdı, ilk mərhələdə mübarizəni dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanı UEFA Region Kubokunda təmsil edən "Cəbrayıl” ilkin seçmə mərhələnin II qrupunda növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, Cavid Hüseynovun baş məşqçi olduğu komanda Belarus "Kolos"u ilə üz-üzə gəlib.
Şamaxı şəhər stadionundakı qarşılaşma "Cəbrayıl"ın 2:6 hesablı məğlubiyyəti ilə bitib. Meydan sahiblərinin qollarını 10-cu dəqiqədə Məhəmməd Xəlilov, 30-cu dəqiqədə Rəşad Həmidov vurub. Qonaqlarda isə 5-ci dəqiqə Mikalai Hurnoviç, 31-ci, 61-ci və 77-ci dəqiqələrdə Slarhei Lizunou, 72-ci dəqiqədə Dzianis Simançuk, 86-cı dəqiqədə isə Mixail Karatkeçiv fərqlənib.
Beləliklə, ilk matçda rəqibinə 1:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi turnirlə vidalaşıb.