Xəbər lenti

Ceki Çanla azərbaycanlı məşhur bir arada (FOTO)
Ölkə06:28 21.02.2018

Ceki Çanla azərbaycanlı məşhur bir arada (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanlı Çaplin” kimi tanınan sirk ustası Üzeyir Novruzov dünya şöhrətli çinli aktyor Ceki Çanla görüşüb.
Qaynarinfo kult.az-a istinadən xəbər verir ki, Ceki Çan sirk ustasına özünün adı yazılmış xüsusi emblemi hədiyyə edib. Aktyorla birgə çəkilmiş fotolarını şəxsi İnstaqram hesabında paylaşan Ü.Novruzov görüş barədə təəssüratını yazıb:
"Əfsanəvi qəhrəmanla görüşmək və ondan hədiyyə almaq çox xoş bir sürpriz oldu”.
Qeyd edək ki, Üzeyir Novruzov ABŞ-ın "America’s Got Talent” yarışmasında 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.