Xəbər lenti

Cəlilabad Təhsil Şöbəsindən Ceyhun Bayramova şikayət
Ölkə11:43 15.05.2020

Cəlilabad Təhsil Şöbəsindən Ceyhun Bayramova şikayət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabad rayon Təhsil Şöbəsində illərdir ki, şikayətlərin ardı-arası kəsilmir. Rayon sakini Həsənova Leyla Sakit qızı redaksiyamıza ünvanladığı şikayət məktubunda yazır ki, 2017-ci ildə işdən çıxsa da, onun əmək müqaviləsi ləğv edilməyib və bu saxtakarlığın üstü isə bir neçə gün öncə açılıb. 
L.Həsənova bununla bağlı təhsil naziri Ceyhun Bayramova şikayət edib. Qaynarinfo şikayəti təqdim edir:
Hörmətli cənab nazir!
2015-ci ilin noyabr ayında Təhsil şöbəsində katibə olaraq işə başladım. Aylıq əmək haqqım isə 150 manat idi. Elə oldu ki, 2017-ci ildə öz istəyimlə ərizə yazıb işdən azad olundum. Ailə qurdum və hazırda bir övladım var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hamı kimi mən də 190 manat birdəfəlik ödəməylə bağlı sms göndərdim. Bir neçə gündən sonra nazirlik tərəfindən mənə imtina gəldi və bildirildi ki, sizin əmək müqaviləniz var. Bununla bağlı dərhal Təhsil şöbəsinə yollandım və məlum oldu ki, işdən çıxsam da, əmək müqaviləm ləğv edilməyib. Mən buna etirazımı bildirdikdən sonra əmək müqaviləm ləğv edildi. 
Mən Təhsil şöbəsindəki bu saxtakarlığa görə həm birdəfəlik ödəmədən məhrum oldum, həm də məni maraqlandıran odur ki, əmək müqaviləm ləğv edilməyibsə, son dörd il ərzində əmək haqqımı kim alıb?! Təhsil şöbəsində niyə belə saxtakarlıq ediblər?! Mən sizin vasitənizlə təhsil naziri Ceyhun Bayramova müvaciət edirəm xahiş edirəm ki, bu işin araşdırılması üçün mənə köməklik etsinlər”.