Xəbər lenti

Cəlilabadda ər arvadını bıçaqlayıb
Ölkə10:42 23.10.2013

Cəlilabadda ər arvadını bıçaqlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib

APA-nın cənub bürosunun məlumatına görə, 30 yaşlı Cəlilabad şəhər sakini Mail Əzizağa oğlu Məmmədov ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 19 yaşlı Jalə Eldar qızı Mehdiyevaya qarın nahiyəsindən iki bıçaq zərbəsi vurmaqla ağır bədən xəsarəti yetirib.  Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin vaxtında müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
 
Hadisəni törətmiş Mail Məmmədov isə yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
 
Şahidlərin sözlərinə görə, xasiyyətləri tutmayan cütlük boşanmaq fikrinə düşüb. Dava-dalaş isə onların 1,5 yaşında olan oğlan uşağına görə baş qaldırıb. Ata körpəni özündə saxlamaq fikrində qəti imiş.
 
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Qaynar.info