Xəbər lenti

Cəlilabadda karantin rejiminin qaydalarını pozan şəxs saxlanıldı
08:59 17.04.2020

Cəlilabadda karantin rejiminin qaydalarını pozan şəxs saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabadda karantin rejiminin qaydalarını pozan şəxs saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Cəlilabad sakini Siruz Kərimov şəhər ərazisində idarə etdiyi "Porsche” markalı avtomobillə xüsusi karantin rejimi qaydalarının tələblərinə əsasən, polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu zaman onun icazə sistemində qeydiyyatdan keçmədən karantin qaydalarını pozduğu müəyyən edilib. Lakin S.Kərimov polisin qanuni tələblərini icra etməyərək, ərazidən uzaqlaşmaq istəsə də, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, polis şöbəsinə gətirilib. 
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, baxılması üçün rayon məhkəməsinə göndərilib.

Oxşar xəbərlər