"Çelsi" "Monako"nun müdafiəçisi Benoit Badiaşileni transfer edib.
Qaynarinfo-nun məlumatına görə 21 yaşlı futbolçu ilə 7,5 illik müqavilə bağlanılıb. Bu transfer üçün Çelsi fransız klubuna 35 milyon funt-sterlinq ödəyib.
Badiaşile 2021/22 mövsümündən "Çelsi"nin maraq dairəsində idi.
2018-ci ildə 17 yaşında "Monako"da debüt edən futbolçu ilə İngiltərə Premyer Liqasının digər klubu "Vest Hem” və İspaniya "Sevilya”sı da maraqlanırdı. "Monako”nun heyətində 135 oyun keçirən Badiaşile 2021-ci ildə Fransa Kubokunun finalında ilk "18-lik"də yer alıb.
Fransa millisinin aşağı yaş qruplarında çıxış edən müdafiəçi sentyabrda Avstriyanı 2:0 hesabı ilə məğlub etdikləri Millətlər Liqası matçında ilk dəfə əsas heyətdə forma geyinib.
Səbuhi Həsənov