Seneqallı qapıçı Eduard Mendi "Çelsi" ilə vidalaşıb.
Qaynarinfo-nun məlumatına görə, 31 yaşlı qolkiperin yeni komandası da müəyyənləşib. 2020-21 mövsümünün əvvəlində "Çelsi"nin "Renn"dən 24 milyon avroya transfer edilən və 2025-ci ilə qədər müaviləsi olan qapıçı Səudiyyə Ərəbistanından gələn təklifi qəbul edib.
Fabrizio Romanonun xəbərinə görə, Mendi "Al-Ahli" ilə anlaşıb. Təcrübəli qolkiperlə 3 illik müqavilə imzalanacağı qeyd edilib. Transferin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
Bu mövsüm "Çelsi"nin formasında 12 oyun keçirən Mendi qapısından 17 qol buraxıb.
Səbuhi Həsənov