Xəbər lenti

"Çelsi"nin futbolçusu İtaliyada səhvən polislər tərəfindən tutuldu
İdman10:51 18.07.2022

"Çelsi"nin futbolçusu İtaliyada səhvən polislər tərəfindən tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Çelsi"nin futbolçusu Timo Bakayoko xoşagəlməz hadisə ilə üzləşib.
Qaynarinfo xəbər verir ki, təcrübəli futbolçu İtaliyanın Milan şəhərində polis tərəfindən zorla, silah vasitəsilə saxlanılıb. 
Hadisə iyulun 3-də Milanın Porta Qaribaldi bölgəsində baş verib. Yayılan videogörüntülərdə ötən mövsümü İtaliya nəhəngi "Milan”da icarə əsasında keçirmiş yarımmüdafiəçisinin zabit tərəfindən saxlandığı və silah gücü ilə polis maşınının yan tərəfinə itələndiyi göstərilir. Daha sonra Bakayokonun cibləri boşaldılır və içindəkilər polis maşınının damına qoyulur. Ancaq Bakayoko kim olduğunu bildirəndən sonra polislər onu səhvən saxladığını anlayır. 
27 yaşlı futbolçu 2017-ci ilin yayında "Monako"dan 40 milyon funt-sterlinq qarşılığında "Çesli"yə qoşulub. "Stamford Bridge"dəki debüt mövsümündə əsas komandanın heyətində 43 matçda forma geyinib və Federasiya Kubokunu qazanıb. Hazırda yarımmüdafiəçi icarə əsasında "Milan"da çıxış edir.
 
Səbuhi Həsənov