"Çelsi" növbəti transferini reallaşdırıb.
Qaynarinfo London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub İtaliya "Napoli"sindən Kalidu Kolibalini heyətinə qatıb. 32 yaşlı seneqallı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Kolibali 2014-cü ildən A Seriyası təmsilçisinin formasını geyinib. "Çelsi" daha əvvəl "Mançester Siti"dən ayrılan Rahim Sterlinqi də heyətinə qatmışdı.
Səbuhi Həsənov