"Çelsi" "Atletiko"nun (Madrid) futbolçusu Joao Feliksi icarəyə götürüb.
Qaynarinfo İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi hücumçunu mövsümün sonuna qədər icarəyə götürüb.
Feliks transferlə bağlı verdiyi açıqlamada "Çelsi" dünyanın ən böyük komandalarından biridir və ümid edirəm ki, ona məqsədlərinə çatmaqda köməklik edəcəm. Burada olmaqdan çox xoşbəxtəm və "Stamford Bridge" stadionunda oynamaq üçün həyəcanlanıram" - sözlərini söyləyib.
23 yaşlı hücumçu 2019-cu ilin yayında Portuqaliya "Benfika"sından 126 milyon avroya rekord məbləğdə "Atletiko"ya transfer olunmuşdu.
Səbuhi Həsənov