İdman 08:46 14.03.2024

Çempionlar Liqası: 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Qaynarinfo xəbər verir ki, mərhələnin son iki cavab oyunu keçirilib.

İtaliya A Seriyasının lideri "İnter” İspaniyada "Atletiko”ya oyunsonrası penaltilərlə məğlub olaraq mübarizəni dayandırıb. Digər cütdə Almaniya "Borussiya”sı Dortmundda Niderland təmsilçisi PSV-ni məğlub edərək yoluna davam edib.

Beləliklə, "Atletiko” və "Borussiya” 1/4 finala adlayıblar. Onlara qədər "Real”, "Barselona” (hər ikisi İspaniya), "Mançester Siti”, "Arsenal” (hər ikisi İngiltərə), "Bavariya” (Almaniya) və PSJ (Fransa) də növbəti mərhələyə yüksəlmişdilər.