Xəbər lenti

Çempionlar Liqası: "Fənərbağça"nın oyunlarının təqvimi
İdman15:50 29.08.2026

Çempionlar Liqası: "Fənərbağça"nın oyunlarının təqvimi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Fənərbağça"nın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Qaynarinfo xəbər verir ki, Türkiyə çempionu mübarizəyə "Roma"lə oyunla başlayacaq. Qarşılaşma sentyabrın 10-da İstanbulda keçiriləcək.

14 oktyabrda İngiltərədə "Aston Villa"nın qonağı olacaq "Fənərbağça" ayın 20-də Çexiya "Slaviya"sın qəbul edəcək.

4 noyabrda İstanbul klubu doğma meydanda İngiltərə "Liverpul"nu qonaq edəcək. Ayın 25-də isə səfərdə "Şaxtyor"la qarşılaşacaq.

9 dekabrda Avstriyada LASK-la qarşılaşacaq "Fənərbağça" bununla da 2026-cı ili başa vuracaq.

İstanbul təmsilçisi son iki matça gələn ilin yanvarında çıxacaq. 20 yanvarda "Vilyarreal"ı (İspaniya) qəbul edəcək komanda ayın 27-də İspaniyada "Atletiko" ilə qarşılaşacaq.

Aydın