"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.
Çempionlar Liqası
2025/26 mövsümü
Liqa mərhələsi, II tur
I tur
Qarabağ (Azərbaycan) - Kopenhagen (Danimarka) 2:0
Qollar: Abdullah Zubir, 28. Emmanuel Addai, 83
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikaylo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 21. Aleksey Kaşuk, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Sammi Mmae, 6. Kriso, 7 Nəriman Axundzadə, 11. Emmanuel Addai, 18. Dani Bolt, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Kopenhagen: 1. Dominik Kotarski, 5. Qabriel Pereyra, 6. Pantelis Hatzidiakos, 9. Yussufa Mukoko, 10. Məhəmməd Elyunussi, 11. Cordan Larsson, 12. Lukas Lerager, 13. Rodriqo Hueskas, 15. Markos Lopes, 16. Robert, 27. Tomas Delaney (k).
Ehtiyat oyunçular: 31. Runar Aleks Runarsson, 61. Oskar Buur, 4. Munaş Qarananqa, 7. Viktor Klasson, 20. Junnosuke Sudzuki, 21. Madsen Madsen, 22. Yoram Zaqe, 24. Birger Melinq, 30. Elias Aşuri, 36. Villoam Klem.
Baş məşqçi: Yakob Neestrup.
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya (Niderland).
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu.
Şərhlər