Xəbər lenti

III MDB Oyunları: Azərbaycanın U-16 millisi finalda
İdman14:21 01.10.2025

III MDB Oyunları: Azərbaycanın U-16 millisi finalda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın 16 yaşadək futbolçualardan ibarət millisi III MDB Oyunlarında finala yüksəlib.
Qaynarinfo xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Qırğızıstan millisi ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda baş tutan görüş Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Tunar Bayramov (53), Əli Bəşirov (70, 75) və Roman Fərzəli (79) rəqib qapısından keçiriblər.
U-16 finalda Rusiya və Özbəkistan arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, futbol yarışına oktyabrın 4-də yekun vurulacaq.