Afrika, Amerika, Avstraliya və Avropada istifadə olunan dünya xəritələri bir-birindən kəskin fərqlənir.
Qaynarinfo xəbər verir ki, bu səbəbdən həmin qitələrdə şagirdlər coğrafiyanı qonşu ölkələrdən fərqli şəkildə öyrənirlər.
Avropa və Afrika xəritələri
Avropada və Afrikada buraxılan dünya xəritələri Avrasiya materikinin Avropa hissəsinə əsasən mərkəzləşdirilir. Yəni xəritənin mərkəzi Avropadır, şaquli xətt Londondan keçir, Antarktida isə çox vaxt qismən göstərilir.
Avropa ölkələrində dünyanın siyasi xəritəsi
Postsovet məkanındakı xəritələr
Ukrayna, Rusiya, Belarus və digər keçmiş sovet ölkələrinin xəritələrində isə mərkəzdə Afrika və Avrasiya yerləşir. Şaquli xətt Moskvadan keçir, Şimali və Cənubi Amerika solda, Alyaska və Kanada sağ yuxarıda, Avstraliya və Antarktida isə aşağıda təsvir edilir.
Amerikadakı xəritələr
ABŞ dərsliklərində dünya xəritəsi Amerika materiki üzərində mərkəzləşdirilir. Bu təsvirlərdə Avstraliya reallıqdan daha kiçik, Qrenlandiya isə həddindən artıq böyük görünür. Şimali və Cənubi Amerikanın digər ölkələrində də eyni xəritə versiyasından istifadə olunur.
ABŞ-da dünyanın siyasi xəritəsi
Avstraliya xəritələri
Avstraliyada rast gəlinən dünya xəritələri isə digər qitə sakinlərini daha çox təəccübləndirir. Burada xəritə adətən "çevrilmiş” şəkildə təqdim olunur: yuxarıda Antarktida, mərkəzdə isə Avstraliya və Sakit okean yerləşir. Bu təsvirlərdə Rusiya və Kanada nəhəng görünür, Amerika isə həm kiçik, həm də iki hissəyə bölünmüş formada əks olunur. Lakin avstraliyalılar qeyd edirlər ki, belə xəritələr daha çox suvenir məhsulu kimi hazırlanır.
Hansı xəritə gerçəkdir?
Mütəxəssislər bildirirlər ki, xəritələrin fərqli görünməsi onların çəkilməsində istifadə olunan proyeksiyalardan asılıdır. Yer kürəsi kürə formasında olduğu üçün onu mükəmməl şəkildə müstəvi üzərinə köçürmək mümkün deyil. Bu səbəbdən hər xəritədə müəyyən təhriflər yaranır.
Dünya ölkələrinin real ölçülərini və sərhədlərini daha obyektiv görmək üçün "The true size" adlı onlayn xidmətə müraciət etmək mümkündür. Burada istənilən ölkənin konturlarını digər qitələr üzərinə yerləşdirərək onların həqiqi ölçülərini müqayisə etmək olar.
Aydın
Şərhlər