UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunda baş tutan "Qarabağ" – "Kopenhagen" oyununun ən yaxşı oyunçusu açıqlanıb
Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionunun heyətində möhtəşəm çıxışı ilə fərqlənən Elvin Cəfərquliyev matçın rəsmi olaraq ən yaxşı futbolçusu seçilib.
Futbolçu həm müdafiədə etibarlı oyunu, həm də hücumlara aktiv qoşulması ilə azarkeşlərin və mütəxəssislərin diqqətini cəlb edib.
Xatırladaq ki, "Qarabağ" bu görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edərək qrupda vacib üç xal qazanıb.
Şərhlər