Xəbər lenti

Xankəndi məktəbinin direktoru vəzifəsindən azad edildi
Ölkə17:26 01.10.2025

Xankəndi məktəbinin direktoru vəzifəsindən azad edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova tutduğu vəzifədən azad olunub.
Bu barədə Modern.az-a direktorun özü məlumat verib. 
O qeyd edib ki, yaxın günlərdə başqa məktəbə təyinatını gözləyir. 
"65 yaşıma 2 il var. O müddətə qədər başqa məktəbdə bu vəzifəni icra edəcəyəm” – deyə Cəmilə Əhmədova bildirib. 
Qeyd edək ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib. Buna qədər məktəb Bakı şəhərində fəaliyyət göstərib.