Xəbər lenti

Çempionlar Liqası: Qrup mərhələsinin püşkü atıldı
İdman19:55 25.08.2022

Çempionlar Liqası: Qrup mərhələsinin püşkü atıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi olub.
Qaynarinfo xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən mərasimdə 32 komanda hərəsində 4 olmaqla 8 qrupa bölünüb.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo” (Zaqreb) klubu İtaliyanın "Milan”, İngiltərənin "Çelsi” və Avstriyanın "Zaltsburq” komandaları ilə E qrupuna düşüb.
Pley-off mərhələsində "Qarabağ”ı mübarizədən kənarlaşdıran Çexiyanın "Viktoriya” (Plzen) kollektivi isə Almaniya "Bavariya”sı, İspaniya "Barselona”sı və İtaliya "İnter”i ilə birlikdə C qrupunda mübarizə aparacaq.
A qrupu: "Ayaks” (Niderland), "Liverpul” (İngiltərə), "Napoli” (İtaliya), "Reyncers” (Şotlandiya)
B qrupu: "Portu” (Portuqaliya), "Atletiko” (Madrid, İspaniya), "Bayer” (Almaniya), "Brügge” (Belçika)
C qrupu: "Bavariya” (Almaniya), "Barselona” (İspaniya), "İnter” (İtaliya), "Viktoriya” (Plzen, Çexiya)
D qrupu: "Ayntraxt” (Frankurt, Almaniya), "Tottenhem” (İngiltərə), "Sportinq” (Portuqaliya), "Marsel” (Fransa)
E qrupu: "Milan” (İtaliya), "Çelsi” (İngiltərə), "Zaltsburq” (Avstriya), "Dinamo” (Zaqreb, Xorvatiya)
F qrupu: "Real Madrid” (İspaniya), "Leyptsiq” (Almaniya), "Şaxtyor” (Donetsk, Ukrayna), "Seltik” (Şotlandiya)
G qrupu: "Mançester Siti” (İngiltərə), "Sevilya” (İspaniya), "Borussiya” (Dortmund, Almaniya), "Kopenhagen” (Danimarka)
H qrupu: PSJ (Fransa), "Yuventus” (İtaliya), "Benfika” (Portuqaliya), "Makkabi” (Hayfa, İsrail)
Qeyd edək ki, qrup mərhələsinin oyunlarına sentyabrın 6-da start veriləcək.