İdman 09:36 11.04.2023

Çempionlar Liqasında 1/4 final həyacanı başlayır

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Portuqaliya "Benfika”sı doğma meydanda İtaliyanın "İnter” komandasını sınağa çəkəcək. Günün ən maraqlı görüşü isə İngiltərədə "Mançester Siti” ilə Almaniya nəhəngi "Bayern Münhen” arasında baş tutacaq.

Çempionlar Liqası
1/4 final
İlk oyunlar

11 aprel
23.00 Benfika (Portuqaliya) - İnter (İtaliya)
Baş hakim: Maykl Oliver (İngiltərə).
Lissabon. "Estadio da Luz”.

23.00 Mançester Siti (İngiltərə) - Bavariya (Almaniya)
Baş hakim: Xesus Mansano (İspaniya).
Mançester. "Etihad” stadionu.