Xəbər lenti

Çempionlar Liqasında gecəni nəticələri: 8 oyunda 27 qol (VİDEO)
İdman04:56 06.10.2022

Çempionlar Liqasında gecəni nəticələri: 8 oyunda 27 qol (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.
Qaynarinfo məlumatına görə, son oyun günü qol baxımından yüksək məhsuldarlıqla əlamətdar olub. 8 qarşılaşmada qapılara ümumilikdə 27 top vurulub.
Gecənin ən bolqollu görüşləri G qrupuna təsadüf edib. "Mançester Siti" İngiltərədə Danimarka "Kopenhagen"inə 5 cavabsız qolla qalib gəlib. "Sevilya" isə İspaniyada Almaniyanın "Borussiya" (Dortmund) klubuna 1:4 hesabı ilə uduzub.
E qrupunda "Çelsi" İngiltərədə İtaliya "Milan"ını darmadağın edib.
F qrupunda turnirin son qalibi "Real Madrid" İspaniyada Ukraynanın "Şaxtyor" (Donetsk) komandasını minimal hesabla üstələyib.
H qrupunda "Yuventus" İtaliyada İsrailin "Makkabi" (Hayfa) klubundan güclü olub. "Benfika" isə Portuqaliyada Fransa çempionu PSJ ilə heç-heçə edib.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
5 oktyabr
E qrupu
"Zaltsburq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya) 1:0
Qol: Noa Okafor, 71 (penalti).
"Çelsi" (İngiltərə) - "Milan" (İtaliya) 3:0
Qollar: Vesle Fofana, 24. Pyer-Emerik Obameyanq, 56. Ris Ceyms, 62.
F qrupu
"Leyptsiq" (Almaniya) - "Seltik" (Şotlandiya) 3:1
Qollar: Kristofer Nkunku, 27. Andre Silva, 64; 77 - Juan Filipe, 48.
"Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) 2:1
Qollar: Rodriqo, 13. Vinisius Junior, 28 - Aleksandr Zubkov, 39.
G qrupu
"Mançester Siti" (İngiltərə) - "Kopenhagen" (Danimarka) 5:0
Qollar: Erlinq Holann, 7; 32. David Xoçolava, 39 (avtoqol). Riyad Mahrez, 55 (penalti). Xulian Alvares, 76.
"Sevilya" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) 1:4
Qollar: Yussuf En-Neseri, 51 - Rafael Gerreyro, 6. Cud Bellingem, 41. Kərim Adeyemi, 43. Yulian Brandt, 75.
H qrupu
"Yuventus" (İtaliya) - "Makkabi" (Hayfa, İsrail) 3:1
Qol: Adrian Rabyo, 35. Duşan Vlahoviç, 50 - Din David, 75.
"Benfika" (Portuqaliya) - PSJ (Fransa) 1:1
Qollar: Danilo, 41 (avtoqol) - Lionel Messi, 22.