Xəbər lenti

Çempionlar Liqasının cari mövsümünün ilk püşkatması keçirildi
İdman10:25 13.06.2023

Çempionlar Liqasının cari mövsümünün ilk püşkatması keçirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün ilk püşkü atılıb.
Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan püşkatma mərasimində ilkin mərhələnin yarımfinal cütləri müəyyənləşib.
Andorranın "Atletik Ekaldes” klubu Monteneqro "Buduçnost” kollektivi ilə, San Marinonun "Tre Penne” komandası İslandiya təmsilçisi "Breydablik”lə üz-üzə gələcək. Bu raundun görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da olacaq.
Qalib gələn tərəf Birinci təsnifat mərhələsinə yüksələcək və burada Azərbaycan çempionu "Qarabağ"a rəqib ola bilər.
Birinci təsnifat mərhələsinin püşkü oyunun 20-da atılacaq.
Səbuhi Həsənov