Xəbər lenti

Çempionlar Liqasının final matçının hakimi müəyyənləşdi
İdman06:28 12.05.2022

Çempionlar Liqasının final matçının hakimi müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çempionlar Liqasının finalını idarə edəcək hakimlər briqadası müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yer alıb. Belə ki, final matçını fransalı referi Klement Turpin idarə edəcək. Onun köməkçiləri Nikolas Danos və Siril Qrinqor olacaq. 4-cü hakim funksiyasını Benoit Bastyen yerin yetirəcəksə, Jerom Brisard, Villi Delayod, Massimiliano İrrati və Filippo Melli VAR-a nəzarət edəcək.
Turpin ötən il "Vilyareal"la, "Mançester Yunayted" arasında keçirilən Avropa Liqasının final matçında da fit çalmışdı.
Mayın 28-də keçiriləcək ÇL-in final matçında "Liverpul" (İngiltərə) və "Real" (İspaniya) üz-üzə gələcək. 
Səbuhi Həsənov