Serbiya Liqasının başa çatmasına bir neçə tur qalmış çempionluğu təmin edən "Srvena Zvezda” son matçını tamaşaçısız keçirəcək.
Qaynarinfo-nun məlumatına görə, aprelin 10-da "Radniçki" ilə görüş tribunalar önündə baş tutacaq. Serbiya mətbuatında yer alan xəbərlərə görə, FIFA hərbi cinayətkar Ratko Mladiçə dəstək verdiyi üçün "Srvena Zvezda"nın çempionluq bayramına səhnə olacaq qarşılaşmanın tamaşaçısız oynanılmasına qərar verib.
Ölkə çempionatında geridə qalan 29 turda "Srvena Zvezda” 25 qələbə qazanıb, 4 görüşdə heç-heçə edib. 79 xalla turnir cədvəlinə liderlik edən Belqrad komandası 79 qol vurub, 14 top buraxıb.
Səbuhi Həsənov