Tarixində ilk dəfə NBA çempionu olmuş "Denver Nuggets"in çempionluq bayramı faciə ilə nəticələnib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, çempionluq qeyd edilən zaman silahlı hücum həyata keçirilib. Baş verən atışmalarda 11 nəfər yaralanıb.
Denver Polis Departamentinin "Twitter" səhifəsində verilən açıqlamaya görə qeyd etmələr zamanı şəhərin müxtəlif yerlərində silahlı hücumlar baş verib. Küçələrin birində silahlı hücum nəticəsində 3 nəfərin vəziyyəti ağır olmaqla 9 nəfər yaralanıb. Yaralılar arasında hücumu həyata keçirən şübhəlinin də olduğu bildirilir.
Eyni bölgədə iki ayrı silahlı hücum nəticəsində daha iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Onların səhhətləri ilə bağlı hələlik kifayət qədər məlumat əldə etmək mümkün olmayıb.
Polis rəsmiləri həmçinin hücumların kompleks xarakter daşıdığını və hadisələrlə bağlı araşdırma başlandığını vurğulayıblar.
Səbuhi Həsənov