İdman 10:12 15.02.2024

Çempionluq şənliyində doqquz nəfər yaralandı

Amerikanın əsas reqbi liqası olan NFL-də "Super Bowl"u qazandıqdan sonra "Kanzas Siti"nin şənliyində xoşagəlməz hallar yaşanıb.

Qaynarinfo-nun məlumatuına görə, çempionluğu pərəstişkaları ilə  qeyd edən komandın şənliyində atışma olub. Nəticədə bir nəfər ölüb doqquz insan yaralanıb.  "NBC News"də yer alan xəbərlərə görə, onlardan üçünün durumu ağır, beşininki orta, birininki isə yüngül qiymətləndirilib. 

Böyük Bulvarda başlayan və Union Station-da yekunlaşan şənliklə bağlı artıq iki nəfər həbs olunub. Kanzas şəhərinin polis departamentindən verilən məlumata görə, şənliyin sonuna yaxın atəş açılıb və bir neçə nəfər yaralanıb. 

Təhlükəsizlik qüvvələri yaralılara yardım göstərib, qalan insanların hadisənin baş verdiyi ərazi mümkün qədər tez tərk etmələri istənilib.

Səbuhi Həsənov