"Çox böyük siyasi məsələlərlə qarşı-qarşıya qalmasına baxmayaraq, Azərbaycanda iqtisadiyyat böyüyüb və bu uğur Bakının bugünkü mənzərəsində aydın görünür".
bu fikirləri II Azərbaycan -Türkiyə İnvestisiya Forumunda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
"Azərbaycan 2024-cü ildə bölgədə önə çıxan bir iqtisadi model ortaya qoyub. Məqsədimiz prezidentlərimizin qarşıya qoyduğu 15 milyard dollarlıq hədəfə çatmaqdır. Hazırda Türkiyənin Azərbaycandakı investisiyaları 18 milyard dollar civarındadır. Azərbaycan isə Türkiyəyə 21 milyard dollar ayırır", - deyə əlavə edib.
C.Yılmaz qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha yüksək səviyyəyə qaldıracaq.//Teleqraf
Şərhlər