Xəbər lenti

Ceyms Şarp Azərbaycanda mina təmizləyən yeganə qadından yazdı
Ölkə19:41 27.07.2022

Ceyms Şarp Azərbaycanda mina təmizləyən yeganə qadından yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniya səfiri Ceyms Şarp Azərbaycandakı minatəmizləmə işi görən yeganə qadınla bağlı paylaşım edib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, tvitter hesabında yazıb:
"Bu mina aşkarlayan idarəçisi Mariadır. O, Azərbaycanda minatəmizləmə komandasında yeganə qadındır. Tezliklə Böyük Britaniya-Azərbaycan əməkdaşlığı nəticəsində Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq. Onlar bu torpaqlara qayıdan insanların təhlükəsizliyinə mühüm töhfələr verəcək”.
Qeyd edək ki, səfir Ceyms Şarp Cəbrayıla səfər edib və burada aparılan minatəmizləmə işləri ilə tanış olub.