
Aksiya iştirakçıları təcili şəkildə suyun verilişinin bərpasını tələb edib. Yolun bir müddət qapalı qalması Bakı-Sumqayıt yolunda dəhşətli tıxaca səbəb olub. Əraziyə cəlb edilən polis camaatı yoldan uzaqlaşdırmağa nail olsa da, yoldakı tıxac tam aradan qalxmayıb. Polis təkid etsə də, sakinlər dağılışıb getmək istəməyib və “Azərsu” əməkdaşlarının gəlməsini tələb edib.
Qaynar.info




