Xəbər lenti

"ChatGPT" son iki ayda Azərbaycandakı bazar payının 10 %-ni itirdi
Texnologiya23:35 02.02.2026

"ChatGPT" son iki ayda Azərbaycandakı bazar payının 10 %-ni itirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən ay Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 84,62 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, dekabr ayına nisbətən 6,16 faiz bəndi azdır. Beləliklə onun payı ardıcıl olaraq 2-ci aydır azalır (ümumi azalma 10 % təşkil edib).
İkinci pillədəki "Google Gemini"nin bazar payı ay ərzində 5,78 faiz bəndi artaraq 10,02 % təşkil edib.
Növbəti yerdə qərarlaşan "Perplexity"nin bazar payı dekabrda 0,20 faiz bəndi azalaraq 2,68 % olub.
Dördüncü yerdəki "Microsoft Copilot"un bazar payı 2,23 % olub. Bu, əvvəlki ayın göstəricisindən 0,53 faiz bəndi azdır.
İlk beşliyi 0,45 %-lik bazar payı ilə "Claude" qapayır. Onun payı dekabr ayı ilə müqayisədə 0,05 faiz bəndi artıb.
Müxtəlif platformaların bazar payına görə AI "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
"ChatGPT" – 84,54 % (dekabra nisbətən 6,14 faiz bəndi az);
"Google Gemini" – 9,56 % (+5,37 faiz bəndi);
"Perplexity" – 3,04 % (+0,22 faiz bəndi);
"Microsoft Copilot" – 2,36 % (+0,48 faiz bəndi);
"Claude" – 0,51 % (+0,07 faiz bəndi).
Mobil cihazlarda:
"ChatGPT" – 84,72 % (-7 faiz bəndi);
"Google Gemini" – 13,97 % (+9,24 faiz bəndi);
"Microsoft Copilot" – 1,31 % (ötən ay 0 % olub);
Planşetlərdə:
"ChatGPT" – 100 % (dəyişməyib);