Xəbər lenti

Cibgir "yevlaxlı İmarət" tutuldu - VİDEO
Ölkə17:43 17.11.2014

Cibgir "yevlaxlı İmarət" tutuldu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhər BPİ-mim Cinayət Axtarış İdarəsi və Yevlax şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda təqsirləndirilən qadın saxlanlıb.

Virtual.orfun-un məlumatına görı, istintaqla müəyyən edilib ki, ayda bir dəfə oğlu ilə bərabər Yevlaxdan Bakıya gələn 1962-ci il təvəllüdlü  İmarət Nadirova burada cibgirliklə məşğul olurmuş. İki gün Bakıda qalıb cinayət əməllərini törədəndən sora rayona qayıdırmış. Sonuncu dəfə bu il oktyabrın 19-da M.Cəlal küçəsində yerləşən mağazadan manekenin əynindəki paltosunu oğurlayıb. 

O, əvvəllər məhkum olunsa da, bunu etiraf etməyib: "Mən tutulmamışam, cərimə olunmuşam. Şərə düşmüşəm.  Bir sözlə, mənim başıma corab toxudular".

Məhkəmənin qərarı ilə İmarət Nadirova barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Dəymiş maddi ziyan şübhəli şəxsin yaxınları tərəfindən ödənilsə də, onun digər cinayətlərdə iştrakı istisna olunmur.

Qeyd edək ki, o, rayonda "Yevlaxlı İmarət" ləqəbi ilə tanınır.

Qaynar.info