Xəbər lenti

Çin “Bir kəmər, bir yol” üçün Rusiyaya investisiya qoyuluşunu dayandırdı
Ekonomiks09:12 25.07.2022

Çin “Bir kəmər, bir yol” üçün Rusiyaya investisiya qoyuluşunu dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin 2022-ci ilin birinci yarısında "Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Rusiyaya maliyyə və investisiya qoyuluşunu dayandırıb.
Səudiyyə Ərəbistanı bu dövrdə Çindən ən çox investisiya alan ölkə olub və təxminən 5,5 milyard dollar əldə edib.
Bu barədə Qaynarinfo Şanxay Yaşıl maliyyə və inkişaf mərkəzinin (GFDC) araşdırmasına istinadən xəbər verir.
GFDC-nin məlumatına görə, bu dövr üçün ümumi maliyyələşdirmə və investisiyalar bir il əvvəlki 29,6 milyard dollardan fərqli olaraq 28,4 milyard dollar təşkil edib, bununla da 2013-cü ildən bəri "Bir kəmər, bir yol” lahiyəsinin ümumi məcmu xərcləri 932 milyard dollara çatıb.
Prezident Si Szinpin 2013-cü ildə Asiya, Afrika və Latın Amerikasında "geniş ümumi maraqlar icması yaratmaq" məqsədilə maliyyələşdirmə və infrastrukturun qurulmasında Çinin güclü tərəflərindən istifadə etməyə çalışaraq "Bir kəmər, bir yol” təşəbbüsünə başlayıb.
Si keçən sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında xaricdə kömür sahəsinin maliyyələşdirməsini dayandıracağına söz verdikdən sonra heç bir yeni kömür layihəsi Çindən dəstək almayıb.
GFDC-nin məlumatına görə, Çin "bir kəmər, bir yol” təşəbbüsü ölkələrində digər enerji layihələrini dəstəkləməyə davam edir, neft və qaz Çinin xaricdəki enerji investisiyalarının təxminən 80%-ni və tikinti müqavilələrinin 66%-ni təşkil edir.
Hesabatda deyilir ki, ilin birinci yarısında qaz layihələrində iştirak 6,7 milyard dollar təşkil edib ki, halbukı 2021 il ərzində bu rəqəm 9,5 milyard dollar olub.
Yaşıl enerji və hidroenergetika əməliyyatları illik müqayisədə 22% azalıb. İnvestisiya 400 milyon dollardan 1,4 milyard dollara yüksəlib, lakin təmiz enerji ilə bağlı tikinti xərcləri əvvəlki illə müqayisədə yarıbayarı azalaraq 1,6 milyard dollara düşüb.
Nizami Bağırov