Xəbər lenti

Çin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edə bilər
Dünya 12:27 24.10.2023

Çin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edə bilər

Çin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmək imkanını nəzərdən keçirir.

Qaynarinfo xəbər verir ki, bu barədə "SOVA” Gürcüstanın İqtisadiyyat Nazirliyinin rəhbəri Levan Davitaşviliyə istinadən yazır.

Davitaşvili qeyd edib ki, bu məsələ ötən həftə Çinin paytaxtında iki ölkənin iqtisadi əməkdaşlıq komissiyalarının iclası çərçivəsində müzakirə edilib.

Xatırladaq ki, Gürcüstan sentyabrın 11-də Çin vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib. Çin Xalq Respublikasının vətəndaşları ölkədə 30 gün vizasız qala bilərlər.

Eyni zamanda, Gürcüstan hökuməti turist axınını artırmaq üçün Çinə uçuşların sayını gündə 10-a çatdırmağı planlaşdırır.

Xatırladaq ki, iyul ayında Çin və Gürcüstan ikitərəfli münasibətlərini strateji tərəfdaşlığa yüksəldiblər. Gürcüstan müxalifəti bu razılaşmanı tənqid edib və xarici işlər naziri İliya Darçiaşvili Çinlə münasibətlərin dərinləşməsinin ölkənin Avropaya inteqrasiyasına mane olmadığını əsaslandırmalı olub.

Darçiaşvili həmçinin vurğulayıb ki, Çin və Rusiya arasında dostluq əlaqələri barədə müxalifətin bəyanatları fonunda Pekin Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü heç vaxt şübhə altına almayıb.

Bu yay Gürcüstanın baş naziri ölkənin ibtidai və orta məktəblərində Çin dilinin tədrisinə başlanılacağını açıqlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->