"Çinar" MTK-dan ev almaq üçün 30 min ödədi, aldadıldı (VİDEO)
Çoxmərtəbəli yaşayış binasından mənzil almaq üçün 30 min manat ödəyən Bakı sakini aldadıldığını iddia edir. Hadisə paytaxt sakini Elman Məmmədovun başına gəlib.
Elman Məmmədov "Çinar" MTK-dan mənzil almaq üçün 24 min manat ilkin ödəniş etdiyini, 4 ay ərazində isə ümumilikdə 6 min manat ödədiyini deyir. Ödənişləri də sənədlər əsasında etdiyini bildirir.
Daha sonra MTK sədri dəyişib və yeni sədr onun sənədlərinin saxta olduğunu bildirib.
Elman Məmmədovun sözlərinə görə, oxşar halla bağlı onun kimi bir neçə şikayətçi var.
Xəzər TV məsələ ilə bağlı "Çinar" MTK-nın sədr əvəzi Abbas Dadaşovla əlaqə saxlayıb. O bildirib ki, əvvəlki rəhbərlik xeyli adamı aldadıb.
Hüquqşünaslar isə bildirirlər ki, pul ödəyib bünövrədən ev alan şəxs bu cür halla qarşılaşdıqda məhkəməyə müraciət etməli, məsələyə orada hüquqi qiymət verilməlidir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər