Xəbər lenti

Cinayət işinə xitam “verdirən”, sosial ev “paylayan” taksi sürücüsü
Ölkə 17:58 06.03.2025

Cinayət işinə xitam “verdirən”, sosial ev “paylayan” taksi sürücüsü

Özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşı kimi təqdim edərək dələduzluq əməlində təqsirləndirilən şəxsə hökm oxunub. 

Qaynarinfo xəbər verir ki, Zamiq adlı şəxs Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə mühakimə olunaraq 2 il 5 müddətinə azadlıqdan məhrum edilib. 

İş materiallarından aydın olur ki, taksi sürücüsü işləyən Zamiq əvvəlcə İ.A. adlı müştərisini aldadıb. O, müştərisinə ƏƏSMN-də işlədiyini, istirahət günlərində isə boş olduğu üçün taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. 

Söhbət zamanı İ.A. sosial evlər layihəsi çərçivəsində mənzil almaq istədiyini bildirib. Zamiq isə nazirlik işçisi kimi ona bu məsələdə yardım edə biləcəyini deyib. Təbii ki, bu yardımın qarşılığı olmalıdır. Zamiq də bu yolla İ.A.-nın 18 300 manat pulunu mənimsəyib. 

Daha sonra isə başqa bir şəxsə oğlunun cinayət işinin icraatına xitam verəcəyini deyərək ona qarşı da dələduzluq əməli törədib. Zamiq bu şəxsdən də 8000 manat pul alıb. 

O, məhkəmədə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu deyib.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->