Ölkə 23:19 19.05.2022

Cinayət Məcəlləsinə dəyişiklik edildi

Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qaynarinfo xəbər verir ki, sənədə əsasən, Cinayət Məcəlləsinin 208.1-ci maddəsində "Təşkilat rəhbərləri tərəfindən xarici” sözləri "Xarici” sözü ilə əvəz edilib.

Dəyişikliklə xarici valyuta vəsaitlərini xaricdən qaytarmama hallarında məsuliyyət təkcə təşkilat rəhbərlərini əhatə etməyəcək.

Qeyd edək ki, indiyədək təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan qanunvericiliyinə müvafiq olaraq Azərbaycanın müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama hallarında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdu.