Xəbər lenti

Cinayətkar dəstə yaradan vəzifəli şəxs təslim oldu - Bakıda
Ölkə10:52 15.04.2016

Cinayətkar dəstə yaradan vəzifəli şəxs təslim oldu - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda bir neçə cinayətdə ittiham olunaraq axtarışa verilən vəzifəli şəxs təslim olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, axtarışda olan 1982-ci il təvəllüdlü Asəf Abdullayev könüllü olaraq Korrupsiyaya Qarşı Mübarizə üzrə Baş İdarəyə gedərək təslim olub.
A.Abdullayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 218-ci (cinayətkar dəstə yaratma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham olunur.
Qaynar.info