Xəbər lenti

Cırılmış bayraq niyə dəyişdirilmir? - FOTOLAR
Ölkə19:48 01.07.2014

Cırılmış bayraq niyə dəyişdirilmir? - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xudat şəhərinin mərkəzində Yalama-Nabran yolunun kəsişməsində dalğalanan Azərbaycan bayrağı cırılıb. 

Qaynar.info-nun xəbərinə görə, bu barədə informasiyanı “ans press” portalının qaynar xəttinə göndəriblər. 

Şəkillərdən göründüyü kimi Azərbaycan bayrağı cırılıb. 

Şahidlər bildirir ki, bu hal bir neçə gündür ki, davam edir, ancaq onu dəyişdirən yoxdur. 

Qeyd edək ki, həmin ərazinin Nabrana istirahətə gedənlərin yolunun üstündə olduğunu nəzərə alsaq, bayrağın dəyişdirilməsi yaxşı olardı. Bu yolla həmçinin, ölkəmizə Rusiyadan tez-tez qonaqlar gəlib gedir.

Xatırladaq ki, son günlər Azərbaycanda əsən güclü külək nəinki bayraqlara, hətta ağaclara və yaşayış evlərinin damlarına da ciddi ziyan vurmuşdu. 

Bakının özündə də Bayraq Meydanında dalğalanan bayraq cırılmışdı, ancaq onu Bakı şəhər icra hakimiyyəti qısa zaman kəsiyində yenisi ilə əvəz etdi.