Xəbər lenti

ÇL:
İdman 17:08 23.08.2023

ÇL: "Araz-Naxçıvan" Türkiyə klubuna 9 qol vurdu

Bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində "Araz-Naxçıvan” ilk oyununu keçirib.
 
Qaynarinfo-nun məlumatına görə, Türkiyə çempionu "İstanbul Şişli” ilə qarşılaşan təmsilçimiz, bu görüşdən qələbə ilə ayrılıb - 9:1. "Araz-Naxçıvan"ın qollarını Katatau, Xətai Bağırov, Lazar Milosavljeviç, Amadeu (3), İsa Atayev (2), və Erik Dannilo vurub.

Vitali Borisovun baş məşqçisi olduğu təmsilçimiz növbəti oyununu sabah, Almaniya çempionu "Yahn Regensburq”a qarşı keçirəcək. Qarşılaşma 15.00-da başlayacaq.

"Araz-Naxçıvan” – "İstanbul Şişli” (Türkiyə) (3:0) 9:1

Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr)
Timekeeper: Kiazo Leladze (Latviya)
Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Qollar: Katatau, 3:25, X. Bağırov, 5:53, L. Milosavljeviç, 15:49, Amadeu, 21:35, 22:49, 30:05, İ. Atayev, 27:29, 33:05, Erik Dannilo, 35:52 // Sadettin Çamcı, 39:10
23 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 15:00
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->