"Qarabağ” UEFA Çempionlar Liqasında I mərhələni keçib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi "Linkoln”u səfərdə olduğu kimi, evdə də məğlubiyyətə uğradıb.
Bir həftə əvvəl "Viktoriya” stadionunda 2:1 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə rəqib qapısından 4 cavabsız qol keçiriblər - 4:0.
Darmadağınla II təsnifat mərhələsinə yüksələn "Qarabağ” burada Polşa çempionu "Rakuv”a rəqib olub. İlk oyun iyulun 26-da Polşada olacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
19 iyul
Qarabağ (Azərbaycan) - Linkoln (Cəbəllütariq) 4:0
Qollar: Abdullah Zubir, 8. Bəhlul Mustafazadə, 45+2. Redon Cica, 50. Marko Yankoviç, 62.
Qarabağ (Azərbaycan): 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 81. Kevin Medina, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Linkoln (Cəbəllütariq): 23. Deyl Kolinq, 6. Bernardu Lopeş (k), 24. Con Sarcent, 21. Nano, 5. İbrahim Ayu, 88. Mandi, 20. Mustafa Yahaya, 10. Liam Uoker, 66. İtan Britto, 9. Kike Qomes, 7. Li Kasyaro.
Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 4. Samson Acayi, 11. Xuampe, 17. Marko Rosa, 19. Xuan Penya, 29. Roy Çipolina, 31. Conatan Şortino, 33. Cumaney Börnet, 77. Kayl Klinton.
Baş məşqçi: Xavi Munyos.
Baş hakim: Eldorjan Hamiti (Albaniya).
Bakı Olimpiya Stadionu.