Avropa Komissiyası "Coca Cola" şirkətinin "Costa Coffee"ni satın almasını təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə komissiyadan verilən açıqlamada bildirilir: "Komissiya satın alma prosesinin şirkətlər eyni məhsulu satmaması və fəaliyyətləri arasında bağlantının olmaması səbəbindən rəqabət narahatçılığı yaratmayacağına qərar verib".
Qeyd edək ki, "Coca Cola" 2018-ci ilin avqust ayında "Costa Coffee"ni "Whitbread PLC"dən 5,1 milyard dollara satın almaqla bağlı anlaşdığını elan etmiş və bu ilin ilk yarısında bütün prosedurların başa çatacağını elan etmişdi.
