Kişi tennisçilər arasında dünyanın "1 nömrə"si sayılan Novak Cokoviç Avstraliyada məşqlərə başlayıb.
Qaynarinfo xəbər verir ki, Avstraliya hökumətinin viza ləğvi qərarını dayandırmasından sonra "Avstraliya Açıq Tennis Turniri"nin hazırlıqlarına başlayan Cokoviç bu gün Rod Laver Arenada növbəti dəfə mətbuata açıq şəkildə məşq keçib.
Avstraliya hökümətinin "Australian Open"ə qatılmaq üçün vizasının ləğv edilib-edilməməsi ilə bağlı qərarını gözləyən Cokoviçin günortadan sonra mətbuata qapalı şəkildə məşq edəcəyi gözlənilir.
Məşhur tennisçinin Avstraliyaya viza üçün müraciət formalarında yalan ifadələr verib-vermədiyi araşdırılan tennisçi iə bağlı qərarın bu gün açıqlanacağı gözlənilir.
Cokoviç, 17-30 yanvar tarixlərində Melburnda keçiriləcək Avstraliya Açıq Tennis Turnirində tibbi istisna qərarı ilə iştirak edəcəyini bildirib.
Melburna çatdıqdan sonra azad edilmə qərarı qəbul edilməyən və giriş vizası ləğv edilən Cokoviç qaçqınların saxlandığı otelə göndərilib.
Avstraliya Açıq Çempionatlarında 9, ümumlikdə isə 20 dəfə Böyük Dəbilqə çempionu olan Cokoviç vizanın ləğvi ilə bağlı apellyasiya şikayəti verib. Avstraliya Federal Dairəsi və Ailə Məhkəməsi qarşısında qaldırılan işdə Cokoviçin haqlı olduğu müəyyənləşdirilib və Avstraliya hökumətinin vizanın ləğvi ilə bağlı qərarı dayandırılıb.
Qərardan sonra otelini tərk edən Cokoviç Avstraliya Açıq Tennis Turnirinin final mərhələsinin keçirildiyi Rod Laver Arenada məşqlərə başlayıb.
Səbuhi Həsənov