Xəbər lenti

Cokoviç susqunluğu pozdu: "Məni çox kədərləndirdi"
İdman10:37 22.02.2022

Cokoviç susqunluğu pozdu: "Məni çox kədərləndirdi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Covid-19 şərtlərini yerinə yetirmədiyi üçün Avstraliyadan qovulan və Avstraliya Açıq Çempionatında mübarizə apara bilməyən Novak Cokoviç Dubayda yenidən kortlara qayıdıb.
Qaynarinfo xəbər verir ki, o, deportasiya edildikdən sonra ilk dəfə turnir öncəsi mətbuat konfransında danışıb.
Son təcrübələri ilə gündəmdə olan dünya şöhrətli tennisçi Dubayda yarışmağa hazırlaşır. Duty Free Çempionatı öncəsi təşkil edilən mətbuat konfransında açıqlama verən tennisçi Avstraliyada yaşadıqlarından danışıb. Dubayda peyvənd tələb olunduğu üçün turnirə qatıla bilməyən Cokoviç: "Avstraliyadan qayıtdıqdan sonra çox müxtəlif emosiyalar yaşadım. Qəribə idi... Mən məyus oldum. Ölkədən göndərilməyim məni çox kədərləndirdi”, - sözlərini söyləyib.
O, mövsümlə bağlı planlarından danışarkən: "Qaydalara əməl etməliyəm. Oynaya bildiyim hər turnirdə olmaq istəyirəm. Hazırda seçimim yoxdur. Oynamağa icazə verilən turnirlərdə iştirak edə biləcəyəm”, - deyib.
Səbuhi Həsənov