Novak Cokoviç Uimbldon administrasiyasının Rusiya və Belarus idmançılarını boykot etmək qərarını tənqidlə qarşılayıb.
Qaynarinfo xəbər verir ki, Uimbldon tennis turnirinin təşkilatçıları iyunun 27-dən iyulun 10-dək keçiriləcək turnirdə Rusiya və Belarus idmançılarının iştirak edə bilməyəcəyini açıqlayıb.
Bu qərar kişilərin təkbətək mübarizəsində dünyanın "1" nömrəsi ünvanına sahib olan Cokoviçin xoşuna gəlməyib. Serb tennisçi açıqlamasında "Müharibəni hər zaman ilk rədd edən mən olacağam. Uşaqlığı müharibə şəraitində keçən biri kimi bunun insanlar üçün necə travmatik olduğunu çox yaxşı bilirəm. Normal insanlar həmişə əziyyət çəkir. Amma mən hələ də Uimbldon qərarını dəstəkləmirəm. Bu, idmançıların günahı deyil. İdman və siyasət nə vaxt qarışsa, nəticə yaxşı olmur" - deyib.
Turnir rəsmilərinin belə qərara gəlməsinə səbəb Rusiya prezidenti Vladimir Putinin Rusiya və ya Belarus idmançılarının turnirdəki mümkün uğurlarından faydalanması olub.
Uimbldonturnirinin əşkilatçılarının bu qərarından sonra qadınların təkbətək yarışında dünya ikincisi olan rusiyalı Daniil Medvedevlə yanaşı Andrey Rublev, Aryna Sabalenka və Anastasiya Pavlyuçenkova kimi idmançılar Londonda yarışa bilməyəcək.
Səbuhi Həsənov