Xəbər lenti

“Collezione Italia” məhkəməyə verildi
Ekonomiks12:47 08.05.2023

“Collezione Italia” məhkəməyə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda məşhur mebel mağazası olan "Collezione Italia” məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb "Collezione Italia” MMC-nin gömrük qanunvericiliyini pozmasıdır.
Belə ki, MMC rəhbərliyi xaricdən gətirdiyi xammalın gömrük bəyannaməsini müvafiq orqana təqdim etməyib. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunaraq, Nərimanov Rayon Məhkəməsinə göndərilib. 
İşə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, "Collezione Italia” rəhbərliyi cərimə olunacaq.
Bu maddəyə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər isə min beş yüz manat məbləğində cərimə edilir.
Qeyd edək ki, "Collezione Italia" təsisçiləri Qalib Məmmədov və Namiq İdrisovdur. Şirkətin qanuni təmsilçisi Məmmədov Məhərrəm Vüqar oğludur.
Əhməd