Xəbər lenti

Con Terri "Çelsi"yə qayıtdı
İdman19:21 29.12.2021

Con Terri "Çelsi"yə qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Çelsi"nin əfsanəvi kapitanı Con Terri karyerasını bitirdikdən 4 il sonra kluba qayıdıb.
Qaynarinfo "Mirror"a istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş müdafiəçisi "Zadəganlar"ın akademiyasında məsləhətçi olacaq. O, yetirməsi olduğu klubda gənc oyunçular və məşqçilər heyəti ilə işləyəcək.
20 il "Çelsi"nin formasını geyinmiş Terri bu ilin əvvəlinə qədər "Aston Villa"nın məşqçilər korpusunda yer alırdı. 41 yaşlı futbolçu "Mavilər"in heyətində 700-dən çox oyun keçirib və xeyli kuboklar qazanıb. 
O, üçü Joze Mourinyonun, biri Karlo Ançelottinin və biri də Antonio Kontenin rəhbərliyi altında olmaqla beş dəfə Premyer Liqa çempionluğunu yaşayıb.
Səbuhi Həsənov