Dünya 16:45 29.06.2022

Conson: Putin bundan sonra daha çox NATO görəcək

Şimali Atlantika Müqaviləsi Təşkilatının sammitində iştirak etmək üçün İspaniyanın paytaxtı Madriddə səfərdə olan Böyük Britaniyanın baş naziri Boris Conson jurnalistlərə bildirib ki, Rusiya prezidenti Ukraynaya müdaxilədən sonra, ölkənin qərb sərhədində NATO-nun genişlənməsini dayandıracağını görməyə ümid edirdi, "ancaq o, tamamilə yanıldı, Putin bundan sonra daha çox NATO görəcək".

Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

O, Madrid sammitinin çox əhəmiyyətli və tarixi olduğunu vurğulayaraq əlavə edib ki, İsveç və Finlandiya kimi iki yeni üzvümüz olacaq. Bu, Alyans (NATO) üçün çox böyük addımdır.

Britaniyanın baş naziri, həmçinin Madrid sammitində Ukraynaya dəstəyin səviyyəsinin və NATO-nun çəkindirmə səviyyəsinin artırılması ilə bağlı qərarın veriləcəyini bildirib.

M.Arif