Xəbər lenti

COP29 çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası təşkil ediləcək
Ekonomiks11:56 15.11.2024

COP29 çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası təşkil ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabrın 20-də Bakıda COP29 çərçivəsində "Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.
Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək tədbir "Şəhər nəqliyyatının yaşıllaşdırılması” mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək.
Dəyirmi masanın təşkilatçıları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramıdır (UN-Habitat).
Tədbirlə bağlı ətraflı məlumatı bu linkdən əldə etmək olar.